Hindistanda görünməmiş dəhşət baş verib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə,16 yaşlı qız zorlandıqdan sonra vəhşicəsinə döyülüb və diri-diri yandırılıb.
Belə ki, ötən ilin oktyabr ayının 25-də Kərkük şəhərində qaçırılaraq zorlanan qız kimsəsiz bir evdə tapılıb. Qızın polisə verdiyi ifadəyə əsasən onu zorlayan 6 nəfərin bir neçəsi tutulub.
Bu hadisədən sonra, cinayətkarlar qızdan qisas almaq qərarına gəliblər. Plana əsasən qız yenə də qaçırılıb. Onu əvvəlcə zorlayan iki nəfər daha sonra ölümcül döyüb. Daha sonra qızın üstünə kerosin töklülüb və diri-diri yandırılıb. Qız çılpaq şəkildə, yarıyanmış halda küçədə tapılıb. Xəstəxanaya yerləşdirlən qız, polisə əvvəlki iki cinayətkar tərəfindən qaçırılaraq zorlandığını və yandırıldığını deyib.
Həkimlərin səyinə baxmayaraq, qız dünyasını dəyişib.
Zorladılar, döydülər, yandırdılar - DƏHŞƏT
5791