Zorakılığa məruz qalmış 5 yaşlı körpə keçinib
01 may 2013 03:49 (UTC +04:00)

Zorakılığa məruz qalmış 5 yaşlı körpə keçinib

Hindistanda iki həftə oğurlanaraq,cinsi təcavüzə mərux qalmış 5 yaşlı qız Mədhyə-Pradeş şatındakı xəstəxanda keçinib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda yerli hakimiyyət orqanlarının təmsilçiləri açıqlama verib.

 

Vəhşiliyin qurbanı olmuş bu uşaq aprelin 15-də oğurlanıb.Onu iki sutkadan çox fermalardan birində saxlayıblar. Körpə huşzsuz halda tapılıb. Polis iki şübhəlini həbs edib.

 

Bu Hindistanda baş vermiş oxşar olaylardan sonuncusudur. Apreldə 5 yaşlı qızın zorlanması ölkədə kəskin etirazla qarşılanıb. Ölkə paytaxtı Dehlidə etiraz aksiyaları keçirilib.

 

Ötən ilin dekabrında cinsi təcavüzə məruz qalaraq, öldürürlüb, qatardan atılan tələbə qızla bağlı olaydan sonra ölkədə bu motivli cinayət hallarının sayı artmaqdadır. 

# 1288
avatar

Oxşar yazılar