Yunanıstan dövlət Televiziya və Radiosunun baş direktoru Kostas Spiropulos Türkiyə seriallarına dair sənədli filmin çəkilməsi haqda qərara görə tutduğu vəzifədən azad edilib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən qərarına görə, teleradionun direktorlar şurası bildirib ki, Spiropulos «Qismət» adlı sənədli filmin çəkilişində başçılıq etdiyi qurumun iştirakı ilə bağlı razılaşmanı imzalayarkən qanun pozuntusuna yol verib.
O, şuradakı müzakirələr zamanı «səhvini» etiraf etməyib.
Şirkət adı çəkilən sənədli filmi İsveç,Finlandiya, Polşa Bolqarıstanda çəkilib. Şura bu sənədli filmi Türkiyə istehsalı olan «sabun operası» seriallarının «təbliği» kimi dəyərləndirib.
Spiropulos mətbuat konfransında bildirib ki, televizyanın verilişlər proqramı siyasəti ilə razılaşmayan yüksək səlahiyyətli siyasilər onun işdən çıxarılmasını istəyib. Keçmiş baş direktorun sözlərinə görə, fəaliyyət göstərdiyi 4 ay ərzində bir sıra verilişlərin proqramdan çıxarılmasını istəyib.