Filippinin yeni seçilən prezidenti Rodrigo Duterte andiçmə mərasimindən sonra qalmaqallı açıqlama ilə çıxış edib.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hakimiyyətin başına gəldiyi gün prezident sarayında Rodrigo Duterte mətbuat konfransı keçirib.
71 yaşlı prezident narkotik maddə tacirlərini və aludəçilərini öldürməyə çağırıb: “Onlar o gözəl uşaqları zəhərləyir, məhv edirlər. Bu yola girməyin heç zaman. Polis belə olsanız, sizi özüm öldürərəm. Siz də harada narkotik aludəçisi görsəniz, gedin öldürün. Çünki ailələri üçün bu çətin olacaq”.