Yəmənin cənubunda Hadramaut əyalətindəki Nəzarət-Keçid Məntəqəsinə yaraqlılar basqın edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, olay nəticəsində 15 hərbçi öldürülüb.
Ordu təmsilçiləri bildirib ki, onlar «Ərəb yarımadasındakı əl-Qaidə»-dən şübhələnirlər. Bu qruplaşma əyalətin böyük bir hissəsinə nəzarət edir.
Mənbə xatırladıb ki, Pentaqon Yəmən ordusuna dəstək kimi pilotsuz təyyarələr verir.