Yəməndə iranlı diplomat öldürülüb
18 yanvar 2014 20:03 (UTC +04:00)

Yəməndə iranlı diplomat öldürülüb

0

İranlı diplomat Əliəsgər Əsədi Yəmən paytaxtı Sana silahlı basqının qurbanı olub.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, diplomat İslam Respublikasının Sanadakı səfirliyinin binasını tərk edən zaman silahlı hücum olub.

 

İran televiziyasının məlumatına əsasən Ə.Əsədi sinəsindən və mədəsindən güllə yarası alıb. O, Sanadakı mərkəzi xəstəxanada keçinib.

 

Yaraqlılar gizlənib.

 

Mənbə xatırladıb ki, 2013-cü ilin iyulunda başqa bir iranlı diplomat Nurəhməd Nikbəxt Yəməndə oğurlanıb və indiyə kimi ondan xəbər yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 723

Oxşar yazılar