Yəmən indi də federal dövlət oldu
12 fevral 2014 07:45 (UTC +04:00)

Yəmən indi də federal dövlət oldu

Yəmən prezidenti Abdarrabuh Mənsur Hadi ölkənin ərazi quruluşunun dəyişməsi haqda razılaşmanı təsdiqləyib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, müqavilə münaqişə aparan tərəflərin çoxu tərəfindən bəyənilib. Onlar ölkədaxili gərginliyi azaltmağa çağırış edib.

 

Həmin sənədə əsasən, Yəmən 6 dairədən, 4-ü şimalda, 2-si cənubda yerləşən bölgədən ibarət olacaq. Paytaxt Sana bu dairələrdən heç birinə daxil olmayaraq, konstitusiyada təsbit olunan federal şəhər statusu daşıyacaq.

 

Anlaşma tərəfdarları ümid edir ki, müqavilə silahlı qarşıdurmaya son qoyacaq. Bu razılaşmaya qarşı olan cənubluların qənaətincə, şimalın «hegemonluğu saxlanılıb». Onlar federal dairələrini sayını 2 endirməyi təklif edib.

 

Xatırladaq ki, 1967-1990-cı illərdə indiki Yəmənin ərazisində iki dövlət mövcud idi – şimalda Yəmən Respublikası, cənubda Yəmən Demokratik Respublikası.

Birləşmədən sonra cənublular bunu «işğal» kimi qiymətləndirərək, separatçı hərəkata başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696
avatar

Oxşar yazılar