Yəmən həbsxanasından «əl-Qaidə»-nin 14 yaraqlısı qaçıb. Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, ölkə paytaxtı Sanada yerləşən həbsxanaya silahlı basqın nəticəsində 7 hərbçi və 3 yaraqlı həlak olub.
Basqın paytaxtın qərbində əl-Cəfər məhəlləsində naməlum şəxslər tərəfindən edilib. Silahlı hücumda məqsəd məhbusların azad edilməsi olub. Basqın zamanı yaraqlılar əldəqayırma bombalar və minatanlarla həbsxananın baş binasını atəşə tutub.
Mənbə qeyd edib ki, həmin vaxt Sanadakı beynəlxalq hava limanı, ölkə Daxili İşlər Nazirliyinin yaxınlığında minaatanlardan bir neçə mərmi atılıb.