Yatsenyuk: Rublun kəskin ucuzlaşmasının Ukrayna qtisadiyyatına təsir edəcək
17 dekabr 2014 04:50 (UTC +04:00)

Yatsenyuk: Rublun kəskin ucuzlaşmasının Ukrayna qtisadiyyatına təsir edəcək

0

Rusiyada rublun  məzənnəsinin aşağı düşməsi Ukraynanın iqtisadiyyatına mənfi  təsir edəcək. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri   Arseni Yatsenyuk deyib.

 

 

“Rusiyada avronun məzənnəsinin 100 rubla çatması ilə baş verən maliyyə fəlakəti, Ukrayna iqtisadiyyatına  təsir edəcək... Rusiya, həmişəki kimi, bizə problem yaradır”, deyə  Yatsenyuk bildirib.   

 

Bu arada Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib ki, baş nazir Dmitri Medvedevin hökumət üzvləri ilə keçirdiyi toplantıda vəziyyətin normallaşdırılmasına dair tədbirlər hazırlanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 351

Oxşar yazılar