Yaraqlılar Mosul banklarından yarım milyard  götürüb
12 iyun 2014 05:23 (UTC +04:00)

Yaraqlılar Mosul banklarından yarım milyard  götürüb

0

“İraq və Levante İslam Dövləti” terrorçu qruplaşması Mosulu ələ keçirərkən yerli banklardan 500 milyard dinar (429 milyon dollar) məbləğində pulu da götürüb.

 

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda “Biznes tayms” qəzeti xəbər yayıb.

 

Mənbə dünyadakı başqa terrorçu təşkilatların maliyyə durum ilə bağlı məlumat verib. Məlumata əsasən, Livan “Hizbullah”-ının hesabında 80-500 milyon dollar, Əfqanıstan “Taliban” hərəkatının  400 milyona yaxın, Kolumbiya İnqilabçılarının 350 milyon dollar məbləğində maliyyə vəsaiti var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1301

Oxşar yazılar