Rusiya təyyarələrinin Cənubi Kuril rayonundan uçması ilə bağlı Moskva ilə Tokio arasındakı mübahisəni ABŞ Dövlət Departamenti şərh etməyib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə,bir müddət öncə yerli informasiya vasitələri bildirmişdi ki, ölkənin hava məkanını Rusiya hərbi təyyarələrinin pozması ilə bağlı Yaponiyanın Müdafiə Nazirliyi Moskvaya etirazını bildirmişdi.
Rusiya dəniz aviasiyası bildirib ki, onların qırıcıları planlaşdırılmış uçuş edib və Yaponiyanın hava sərhədlərini pozmayıb.
«Mən bu xəbəri mətbuatdan oxudum. Sizin sualınızı Rusiya və Yaponiya hakimiyyətlərinə ünvanlayardım»-deyə,fevralın 7-də Dövlət Departamentinin təmsilçisi Viktoriya Nuland məsələyə dair sualı belə cavablandırıb.