Baş nazr Esixiko Nodonun başçılıq etdiyi Yaponiya hökuməti tam tərkibdə istefa verib.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu qərar parlamentin fövqəladə iclasında qəbul edilib.
Demokratların 3 illik hakimiyyəti başa çatıb, onları liberal demokratlar əvəzləyib. Keçən ilin dekabrında keçirilən parlament seçkilərində qalib gələrək parlamentin aşağı palatasında üstünlük qazanan Liberal-Demokrat Partiyasının lideri, 58 yaşlı Sindzo Abe baş nazir seçilib.
Esixiko Nodonun lideri olduğu demokratlar isə müxalifətə keçib.