Yaponiyada edama məhkum edilənlər rekord saydadır
31 dekabr 2012 07:45 (UTC +04:00)

Yaponiyada edama məhkum edilənlər rekord saydadır

2012-ci ildə Yaponiyada edama məhkum edilənlərin sayı rekord həddə -133 nəfərə çatıb.

Lent.az-ın «Novostimira»-ya istinadən məlumatına görə, ABŞ da olduğu kimi Yaponiyada da ölüm hökmü qüvvədədir.

2009-cu ildə olduğu kimi 2012-ci ildə də 7 nəfər barəsində çıxarılmış hökm icra olunub. 2008-ci ildə 15, 2010-cu ildə isə iki nəfər asılıb.

Yaponiyada ölüm hökmü şahidsiz və xəbərdarlıq edilmədən dar ağacından asılmaqla gerçəkləşdirilir.

Ölkədə aparılmış sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların 85 faizi ölüm hökmünün qalması tərəfdarı olmaqla yanaşı, onun vacibliyini bildiriblər.

Bununla belə Yaponiyadakı Qeyri-Hökumət Təşkilatları və Beynəlxalq Əfv Təşkilatı  barələrində edam höküm çıxarılmış məhkumların saxlanıldığı yerin «insanlıqdan uzaq» olduğunu vurğulayırlar.Onların qənaətincə, onların bəziləri ciddi psixoloji sarsıntı keçirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1606

Oxşar yazılar