Yaponiya Çini təcavüzdə ittiham edir
20 yanvar 2013 03:54 (UTC +04:00)

Yaponiya Çini təcavüzdə ittiham edir

Yaponiya hakimiyyəti Çini su ərazilərinə girməkdə ittiham edərək, bunu «təcavüz» adlandırıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Çinə məxsus üç gəmi Şərqi Çin dənizindəki üç mübahisəli adalar yaxınlığında bir neçə saat üzüb.

 

Xəbərlərə əsasən, Çin gəmiləri Senkaku (Dyaoyudao) mübahisəli adaların sahilindəki sulara dəfələrlə girib.

 

ABŞ-ın dövlət katibi Hillari Klinton bildirib ki, ölkəsi adalarda Yaponiyanın idarəçilyini əngəlləyən istənilən bütün birtərəfli fəaliyyətə qarşıdır.

 

Çinin informasiya vasitələri isə bu çıxışı ABŞ-ın mübahisədə «tərəfsizliyi pozması» kimi dəyərləndiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553
avatar

Oxşar yazılar