Ukrayna prezidenti Viktor Yanukoviç Kiyevdə Avropa Birliyinin ali komissarı Ketrin Eştonla görüşüb.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, tərəflər ölkədə konstitusiya islahatının perspektivlərini və ölkədə baş verən son olayların araşdırılmasını müzakirə edib.
«Müzakirə zamanı ölkədə iqtisadi islahatların gedişi, demokratik institutların möhkəmləndirilməsi tədbirləri, siyasi şəraitin sabitləşdirilməsi yollarından danışılıb. Tərəflər vətəndaşların təhlükəsizliyinin təminin vacibliyini, konstitusiya islahatlarının keçirilməsinin perspektivlərini də müzakirə edib»-deyə, prezidentin saytında bildirilib.