Yanukoviçin adamları sərhədçilərə pul təklif edib - <span style="color:red;">YENİLƏNİB-2
23 fevral 2014 11:16 (UTC +04:00)

Yanukoviçin adamları sərhədçilərə pul təklif edib - YENİLƏNİB-2

0

Yanukoviçin adamları sərhədçilərə pul təklif edib

Əli silahlı insanlar Yanukoviçin Donetsk hava limanından buraxılması üçün sərhədçilərə pul təklif edib.

 

Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, nəzarətçilər sənədləri yoxlayarkən, bir qrup silahlı onları qarşılayıb. Həmin şəxslər sənədləşmə aparmadan təyyarənin uçmasına icazə verilməsi qarşılığında onlara pul təklif edib.

 

«Sərhədçilər bundan imtina edəndən sonra təyyarəyə iki zirehli avtomobil yaxınlaşdı və oradan Yanukoviç düşdü. Sonra o, maşınlardan birinə oturaraq, hava limanı ərazisini tərk etdi»-deyə, məlumatda bildirilib. 

***

01.48

Ukraynanın Dövlət sərhəd xidməti sədrinin köməkçisi Sergey Astaxov bildirib: «Bu gün (fevralın 22-də-red.) Donetsk hava imanında sərhədçilər qanunsuz çarter təyyarə reys aşkarlayıb».

 

Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, sərhədçilər Viktor Yanukoviçin  təyyarədə olduğunu bəyan edib. Ancaq onlar Ukraynanın artıq keçmiş prezidentinin ölkəni tərk etməsinə imkan verməyib. 

Daxili işlər nazrir vəzifəsini icra edən Arsen Avakov Yanukoviçin yerləşdiyi yerin bilinmədiyini söyləyib.

***

22.00

Ukraynanın Ali Radası Viktor Yanukoviçin prezident səlahiyyətlərinin icrasına xitam verəndən sonra onun ölkənin tərk etdiyi haqda çeşidli xəbərlər yayılıb.

 

Lent.az-ın Ukrayna və Rusiya informasiya mənbələrinə istinadən məlumatına görə, V.Yanukoviç Rusiyaya qaçıb.

 

«1+1» telekanalının «Televiziya xəbərlər xidməti» («Televizionnoy slujbı novostey») şəxsi mənbələrinə istinadən Yanukoviçin Rusiyaya qaçdığı haqda xəbər yayıb.

 

Xatırladaq ki, bir müddət öncə, Ali Radanın sədri onun Donetsk ərazisində olduğunu bildirmişdi. V.Yanukoviç isə ölkənin cənub-şərqinə səfərinin davam etdiyini və Ukraynadan getməyi planlaşdırmadığını söyləmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5533

Oxşar yazılar