Ukrayna prezidenti Viktor Yanukoviç yanvarın 29-da hakimiyyət yönlü Regionlar Partiyasının parlamentdəki fraksiyasının üzvləri ilə görüşüb.
Lent.az-ın «İTAr-TASS»-a istinadən məlumatına görə, o, deyib ki, əgər yaxın həftə ərzində müxalifətlə hakimiyyət öz arasında razılığa gələ bilməzsə, o, zaman növbədənkənar parlament seçki elan edəcək.
Bu haqda jurnalistlərə fraksiyanın təmsilçiləri Andrey Pinçuk və Vladimir Oleynik açıqlama verib.
«Prezidenti ölkədəki mövcud böhrandan çıxmaq üçün hakimiyyətyönlü partiya ilə müxalifətin əməkdaşlığa başlamasını və qısa bir zamanda anlaşmasını israr etdi. Dövlət başçısı əks halda növbədənkənar parlament seçkiləri elan edəcəyini bildirdi»-deyə, V.Oleynik söyləyib.