Yanukoviç növbədənkənar seçkilərin anonsunu verdi - <span style="color:red;">YENİLƏNİB
21 fevral 2014 16:04 (UTC +04:00)

Yanukoviç növbədənkənar seçkilərin anonsunu verdi - YENİLƏNİB

Ukrayna prezidenti Viktor Yanukoviç səlahiyyətlərini parlament respublikası üçün bölüşdürməklə 2004-cü il konstitusiyasına qayıdış mexanizmini işə salacağını bəyan edib. Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, Yanukoviç asayişi bərpa etmək və qarşıdurmada növbəti qurbanlar verməmək üçün bu addımları atdığını bildirib.

 

O deyib: “Növbədənkənar prezident seçkisinə başlamaq, 2004-cü il Konstitusiyasına qayıdış mexanizmlərini işə salacağam. Hamını Milli Etimad Hökumətinin formalaşdırılması prosesinə başlamağa çağırıram. Ukrayna prezidenti və Konstitusiyanın qarantı kimi xalq, Ukrayna və Allah qarşısında dövlətin, insanların həyatının qorunması, sülh və yer üzündə əmin-amanlıq naminə borcumu yerinə yetirirəm”.

 

Qeyd edək ki, növbədənkənar prezident seçkisi və 2004-cü il konstitusiyasına qayıdışda müxalifət israrlıdır. Bu istiqamətdə danışıqlar fevralın 20-dən davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1231
avatar

Oxşar yazılar