Yanukoviç növbədənkənar seçkilər keçirməyə hazırdır
20 fevral 2014 23:25 (UTC +04:00)

Yanukoviç növbədənkənar seçkilər keçirməyə hazırdır

Ukrayna prezidenti Viktor Yanukoviç 2014-cü ildə növbədənkənar seçki keçirməyə hazır olduğunu bildirib.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, «Röyter» bildirib ki, bunu Polşanın baş naziri Donald Tusk söyləyib.

Tuskanın sözlərinə əsasən, Avropa Birliyinin təmsilçiləri ilə görüşdə Yanukoviç növbədənkənar prezident və parlament seçkiləri keçrməyə hazır olduğunu bildirib.

O, əlavə edib ki, Ukrayna prezidenti Polşa, Almaniya və Fransanın xarici işlər nazirləri ilə Kiyevdə görüşü zamanı ölkədə qan axıdılmasının dayanması üçün əlindən gələni etdiyini vurğulayıb.

Mənbə xatırladıb ki, hazırda Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer, onun fransalı həmkarı Loran Faius və Polşa XİN başçısı Radoslav Sikorski Kiyevdədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 845
avatar

Oxşar yazılar