Ukrayna müxalifətinin liderləri Arsen Yatsenyuk və Vitali Kliçko Müstəqillik meydanında çıxışları zamanı prezident Viktor Yanukoviçin təklifini dəyərləndiriblər.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, A.Yatsenyuk deyib: «Biz məsuliyyətdən qorxmuruq. Biz Ukraynanı Avropa Birliyinə aparmağa hazırıq».
Kliçko isə prezidentin təklifini beoə dəyərləndirib: «Müxalifət bu il növbədənkənar prezident seçkisinin keçirilməsində israrlıdır». Bununla belə o, ölkədəki mövcud böhranın tənzimlənməsi üçün prezidentlə danışıqları davam etdirəcəklərini bildirib.
***
21.38
Yanvarın 25-də Ukrayna prezidenti Viktor Yanukoviçlə müxalifət təmsilçilərinin görüşü keçirilib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, ölkə başçısı müxalifət liderlərindən «Batkivşina»-nın lideri Arsen Yatsenyuka baş nazir, «UDAR» Partiyasının sədri Vitali Kliçkoya isə baş nazirin humanitar məsələlər üzər müavini vəzifəsini təklif edib.