Ukrayna prezidenti Viktor Yanukoviç məhdud çevrəsi və etibarlı mühafizə ilə birlikdə Xarkovoa uçub.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, «ZN.UA»-nın yaydığı xəbərə əsasən, prezidentin təyyarəsində parlamentin sədri Vladimir Rıbak və prezident aparatının başçısı Andrey Klyuyev də olub.
Mənbə bildirib ki, təyyarə Kieyv – Xarkov- Mariupol- Rusiya istiqamətində uçacaq. Ancaq bunun dəyişməsi də mümkündür.
Məlumata əsasən, Yanukoviç Ali Radanın 2004-cü il Konstitusiyasının bərpası haqda qəbul etdiyi qanunu imzalamağı məqsədəuyğun olmasına şübhələnir.
Fevralın 22-də Xarkovda Cənub-Şərq vilayətləri, Sevastopol və Krım Muxtar Respublikasının bütün səviyyədən olan deputatlarının qurultayı keçiriləcək.