Fevralın 6-da Ukrayna prezidenti Viktor Yanukoviç Kiyevdə ABŞ dövlət katibinin müavini Viktoriya Nulandla görüşüb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Ukrayna prezidenti tezliklə konstitusiya islahatı keçirməyin tərəfdarıdır və bu məsələ ilə bağlı müxalifətlə danışıq aparmağa hazır olduğunu bildirib.
V.Yanukoviç qeyd edib ki, bütün problemlər dinc və siyasi danışıq yolu ilə həll edilməlidir.