Yanukoviç daha bir qubernatoru itirdi
24 yanvar 2014 17:31 (UTC +04:00)

Yanukoviç daha bir qubernatoru itirdi

Ukraynanın Volın vilayətinin qubernatoru Boris Klimçuk istefa ərizəsini yazıb.


 

APA – nın “Volynpost”a istinadən verdiyi məlumata görə, bunu Volın vilayət şurasının deputatı Svyatoslav Borutski (“Azadlıq” fraksiyası) bildirib. Onun sözlərinə görə, hazırda B. Klimçukun istefa ərizəsi qeydə alınır və Kiyevə göndərilməsi üçün sürəti çıxarılır. 

 

B. Klimçukun istefa verməsi haqda məlumat alan etirazçılar qubernatorun I müavini Aleksandr Başkalenkonu əhatəyə alaraq ondan da istefa ərizəsini yazmağı tələb edib.  

 

Hələlik B. Klimçuk etirazçıların qarşısına çıxmayıb.

 

Xatırladaq ki, B. Klimçuk vaxtilə Ukraynanın Azərbaycandakı səfiri olub.

 

Bu gün həmçinin Volın vilayət şurasının rəhbəri Vladimir Voytoviçin öz postunu tərk etməyə hazır olduğu məlum olub. Onun müavinlərindən biri, müxalif “Batkivşina” partiyasının üzvü Valentin Viter V. Voytoviçin səlahiyyətlərini icra edəcəyini bildirib.

 

Bundan öncə müxalifət tərəfdarları Lvov, Ternopol, İvano-Frankovsk, Roven və Çernovtsıda vilayət dövlət administrasiyalarının binalarını ələ keçirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1244
avatar

Oxşar yazılar