Yanukoviç AB komissarı ilə konstitusiya islahatlarını müzakirə edib
13 fevral 2014 20:27 (UTC +04:00)

Yanukoviç AB komissarı ilə konstitusiya islahatlarını müzakirə edib

Ukrayna prezidenti Viktor Yanukoviç Avropa Birliyinin komissarı Ştefan Füle ilə Kiyevdə görüşüb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, tərəflər Ukraynada keçiriləcək konstitusiya islahatlarına birliyin maliyyə yardımının mümkünlüyünü müzakirə edib.

 

Ukrayna prezidentinin mətbuat xidməti bildirib: «Görüş zamanı Ukraynadakı siyasi böhranın dinc, demokratik  yolla tənzimlənməsi və konstitusiya islahatlarına AB və başqa beynəlxalq maliyyə qurumlarının maliyyə –iqtisadi yardımın etməsinin mümkünlüyündən danışılıb».

 

V.Yanukoviç  mövcud qanunvericiliyin qorunmasının və hakimiyyətə etibarın bərpasının vacibliyini  vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380
avatar

Oxşar yazılar