Xomeyninin «Rüştüyə ölüm» fitvasından 25 il ötür
15 fevral 2014 04:12 (UTC +04:00)

Xomeyninin «Rüştüyə ölüm» fitvasından 25 il ötür

Fevralın 14-də Tehranın cümə namazına rəhbərlik edən höccətülislam Kazım Sadiqi namaz xütbəsində ABŞ-a qarşı bəyanatlar səsləndirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, İran İslam Respublikasının lideri ayətullah Xomeyninin  Salman Rüşdü ilə  bağlı fitvasının «Xomeyninin həyatının qızıl səhifəsi» adlandırıb.

 

 
Sadiqi bunu həmin fitvanın 25-ci ildönümü ilə bağlı deyib.

25 il öncə «Şeytan ayələri» kitabına görə, İslam Respublikasının lideri Rüşdünün ölümünə fitva vermişdi.

İranın Səbzəvar şəhərindəki  cümə namazında ayətullah Qulamhüseyn  İbrahimi fitvanınn qüvvədə qaldığını söyləyib. İranın din alimlərinin qənaətincə, bu fitvanı yalnız hökmü verən ləğv edə bilir. Ayətulla Xomeyni isə öldüyü günədək bu fitvanı ləğv etməyib.



2012-ci ildə Rüşdünün ölümünə görə pul mükafatı 500 min dollar da artırıldı. Hazırda Pakistan əsilli Britaniya vətəndaşının başının qiyməti  3 milyon 300 min dollardır.

 

# 747
avatar

Oxşar yazılar