Almaniya parlamentinin «yaşıllar» fraksiyasından olan deputatı Mariluize Bek bildirib ki, Mixail Xodorkovski Rusiyaya qayıtmağı planlaşdırmır.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, deyib: «Rusiyaya qayıtmaq gündəlikdə yoxdur».
«YUKOS»-un keçmiş başçısı isə Rusiyaya qayıdacağı, Almaniyada qalacağı və ya başqa bir ölkəyə gedəcəyi ilə bağlı açıqlama verməyib.
Mənbə bildirib ki, Almaniya Xarici İşlər Nazirliyi Xodorkovskiyə iölkədə bir qalması üçün icazə verib