XİN: “Trampın qərarı absurddur”
14 iyun 2018 01:26 (UTC +04:00)

XİN: “Trampın qərarı absurddur”

ABŞ-ın polad və alüminium idxalına rüsum tətbiq etməsi qeyri-qanunidir və absurddur.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Kanadanın xarici işlər naziri Kristia Friland bəyan edib.

 

Vaşinqtonda səfərdə olan nazir bildirib ki, ABŞ-ın Kanadaya qarşı tətbiq etdiyi rüsumlar qeyri-qanuni və ədalətsizdir.

 

“Bu həmçinin Ümumdünya Ticarət Təşkilatının normalarına ziddir”, deyə K.Friland vurğulayıb.

 

Kanada XİN rəhbəri həmçinin bəyan edib ki, rüsumların tətbiqini ABŞ-ın milli təhlükəsizlik maraqları ilə əsaslandırmaq absurddur.

 

Qeyd edək ki, bundan əvvəl D.Tramp Kanada daxil olmaqla, bir sıra ölkələrə polad və alüminiumun idxalı üçün rüsum tətbiq edib.   Xarici istehsalçıları dempinqdə ittiham edən D.Tramp qeyd olunan sahələrdə Amerika sənayesinin iflic vəziyyətə düşdüyünü bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339
avatar

Oxşar yazılar