Dekabrın 26-da gecə saatlarında Rusiya İstintaq Komitəsinin Xasavyurddakı məntəqəsinə basqın edilib. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, xəbəri Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
«Naməlum şəxslər şəhər istintaq komitəsi məntəqəsi və müstəntiqinə atəş açıblar. Nəticədə müstəntiq yaralanaraq, xəstəxanaya yerləşdirilib» - deyə, polisdən bildirilib.
Polis həyəcan siqnalı ilə qaldırılıb.