Dekabrın 21-də axşam saatlarında Xakasiyada 5 bal gücündə zəlzələ olub.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, yeraltı təkanların mərkəzi Krasnoyarsk diyarının Şuşen qəsəbəsindən 12 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10-15 km dərilikdə olub.
Mənbə bildirib ki, qəsəbədəki evlər bir dəqiqə silkələnib.
İtki haqda xəbər yayılmayıb.