Rusiyanın terror aktlarının baş verdiyi Volqoqrad şəhərində razılaşdırılmamış “xalq yığıncağı” (“narodnıy sxod”) dağıdılıb. APA-nın “Lenta.ru” saytına istinadən verdiyi xəbərə görə, xüsusi təyinatlı polis dəstəsi Qəhrəmanlar Xiyabanında keçirilən aksiyanın qarşısını alıb. “Xalq yığıncağı”nda 50-dən 200-dək insanın iştirak etdiyi və onlardan 25 nəfərinin saxlanıldığı bildirilir.
Qeyd edək ki, aksiyaya çağırış sosial şəbəkələrdə, millətçi yönümlü qruplarda yayılıb.