Volqoqraddakı partlayışa NATO və ATƏT-in münasibəti
30 dekabr 2013 00:38 (UTC +04:00)

Volqoqraddakı partlayışa NATO və ATƏT-in münasibəti

Bir sıra beynəlxalq təşkilatlar, habelə ayrı-ayrı dövlətlərin başçıları Volqoqrad dəmiryolunda baş verən partlayışı mühakimə edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, NATO-nun baş katibi Anders Foq Rasmussen bu olayı «vəhşilik» adlandırıb: «NATO və Rusiya terrorçuluğa qarşı birgə mübarizə aparır. Biz birlikdə ictimai nəqliyyatda teraktların qarşısının alınması texnologiyası üzərində də işləyirik. Biz vətəndaşlarımızın və ölkələrimizin təhlükəsizliyini gücləndirmək üçün əməkdaşlığımızı davam etdirəcəyik».

 

ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol «Facebook» səhifəsində olayda həlak olanların ailəsinə və yaxınlarına baş sağlığı verib.

 

AVropa Şurası Parlament Assambleyasının başçısı Jan-Klod Minon, ATƏT-in fəaliyyət də olan sədri, Ukraynanın xarici işlə naziri Leonid Kojarda parlayışı «terror» adlandıraraq, onu mühakimə edib, həlak olanların yaxınlarına baş sağlığı verib.

 

Xatırladaq ki, sözügedən partlayış nəticəsində 16 nəfər həlak olub, 30-dan çox insan xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 947
avatar

Oxşar yazılar