Volqoqradda terroru rus törədib - YENİLƏNİB
30 dekabr 2013 15:22 (UTC +04:00)

Volqoqradda terroru rus törədib - YENİLƏNİB

Rusiya Federasiyası Volqoqrad şəhərinin dəmir yolu vağzalında törədilmiş partlayışı, ilkin məlumatlara görə, Dağıstandakı silahlı qruplaşmalardan birinin üzvü, Mari El Respublikasının Voljsk şəhərindən olan Pavel Peçenkin həyata keçirib.


 

APA-nın “İnterfax”a istinadən xəbərinə görə, Peçenkin Dağıstan yaraqlılarına 2012-ci ilin yazında qoşulub.

 

O, əvvəllər təcili tibbi yardım stansiyasında feldşer işləyib. Sonradan İslam dinini qəbul edib və adını dəyişərək Ənsar ər-Rusi olub.

 

Bildirilir ki, terrorçunun şəxsiyyəti barədə yekun məlumatlar DNK analizlərindən sonra açıqlanacaq. Pavel Peçenkinin atası Nikolay artıq qan analizi verib.

 

Qeyd edək ki, dekabrın 29-da Volqoqradda dəmir yolu vağzalında, bu gün isə trolleybusda terror aktları törədilib. Vağzalda törədilən partlayışda 17 nəfər həlak olub, 50-dən çox adam yaralanıb. Trolleybusda törədilən partlayışda isə 14 nəfər ölüb, 28 nəfər yaralanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2771
avatar

Oxşar yazılar