Volqoqrad vağzalında törədilmiş və insan itkisi ilə nəticələnmiş terror aktı ilə əlaqədar şəhərdə yanvarın 1-dən 3-nə qədər matəm elan olunub. APA-nın xəbərinə görə, bunu şəhər merinin köməkçisi Nikita Barışev deyib. Mətəm günlərində bütün dövlət idarələrində dövlət bayrağı yarıya qədər endiriləcək, yerli televiziya və radio kanallarında əyləncəli proqramlar efirə verilməyəcək.