Viktor Yanukoviç axtarışa verilib - <span style="color:red;">YENİLƏNİB
24 fevral 2014 13:13 (UTC +04:00)

Viktor Yanukoviç axtarışa verilib - YENİLƏNİB

0

Ukrayna Daxili İşlər Nazirliyi prezident vəzifəsindən kənarlaşdırılan Viktor Yanukoviçi axtarışa verib.


 

APA-nın “RBK-Ukraina”ya istinadən verdiyi məlumata görə, bu barədə öz “Facebook” səhifəsində daxili işlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov yazıb.

 

“Dinc əhalinin kütləvi şəkildə öldürülməsi ilə bağlı cinayət işi açılıb. Yanukoviç və digər yüksək vəzifəli şəxslər axtarışa verilib”, - deyə o bildirib.

 

A.Avakov həmçinin qeyd edib ki, V.Yanukoviç dövlət mühafizəsindən imtina edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2677

Oxşar yazılar