Venesuelada müxalifət lideri hakimiyyətə təslim olub
19 fevral 2014 06:13 (UTC +04:00)

Venesuelada müxalifət lideri hakimiyyətə təslim olub

Venesuelada prezident Nikolas Maduronun və müxalifətin tərəfdarları paytaxt Karakasın küçələrinə çıxıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, «zorakılığı təbliğ etməkdə və iğtişaş yaratmaqda» ittiham olunaraq, barəsində axtarış elan edilmiş müxalifət lideri Leopoldo Lopes minlərlə etirazçı qarşısında çıxış etdikdən sonra hakimiyyətə təslim olub.

 

Hakimiyyət tərəfdarları qırımız rəngdə paltar geyərək, Nikolas Maduro ilə görüşə gedib.

 

Müxalifət bildirib ki, ölkədə inflyasiyanın yüksəlməsi, ərzaq qıtlığı, təhlükəsizliyin təmin edilməməsi hakimiyyətin zəifliyidir 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Oxşar yazılar