Vaşinqtondan Ər-Riyada “S-400”-ə dair xəbərdarlıq
15 iyun 2018 04:09 (UTC +04:00)

Vaşinqtondan Ər-Riyada “S-400”-ə dair xəbərdarlıq

 

 

Səudiyyə Ərəbistanı və ABŞ-ın digər müttəfiqləri Moskvaya tətbiq olunmuş sanksiyaları pozmamaq üçün Rusiyaya məxsus “S-400” raket qurğularını və digər hərbi avadanlıqları  almamalıdır. 

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Konqresdə dinləmələr zamanı ABŞ dövlət katibinin köməkçisi postuna namizəd Devid Şenker  bildirib.     

 

“Mən Səudiyyə Ərəbistanını bunu etməməyə çağırıram”, -  deyə D.Şenker  bildirib

 

Qeyd edək ki,  Rusiya istehsalı olan “S-400” zenit-raket qurğularının Səudiyyə Ərəbistanı tərəfindən alınmasına dair saziş 2017-ci ildə əldə olunub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356
avatar

Oxşar yazılar