Vaşinqtonda gecə klublarından birində naməlum şəxslər odlu silahdan atəş açıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, atəş nəticəsində 5 nəfər yaralanıb. Polis atəş açanların tapılması ilə bağlı axtarış işlərini gücləndirib.
Yerli informasiya vasitələri bildirib ki, gecə saat 2 radələrində bir kişi kluba girərək, atəş açıb, nəticədə 3 kişi və iki qadın yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.
Bu olaydan bir neçə saat sonra Vaşinqtonda silah satışı üzərinə nəzarətin gücləndirilməsinin on minlərlə tərəfdarı yürüş keçirib.