Urmiyada 1 nəfər edam edilib
19 yanvar 2013 19:06 (UTC +04:00)

Urmiyada 1 nəfər edam edilib

İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi olan Urmiya şəhərində bu gün yerli vaxtla saat 06:30-da 1 nəfər əhalinin gözü qarşısında edam edilib.

 

APA-nın «Mehr» xəbər agentliyinə istinadən verdiyi məlumatına görə, Urmiyada qoçu kimi tanınan Hamed Peyvəstə 2 ay əvvəl Qədr-Xum bayramında ayaqqabı mağazasında işləyən bir nəfərin qılıncla başını kəsib. Məhkəmənin 21 yaşlı məhbus barədə çıxardığı ölüm hökmü Urmiyanın «Atayi» xiyabanında səhər saatlarında icra edilib. Yeriməyə taqəti olmayan H.Peyvəstəni dar ağacına 5 polis qolundan tutaraq aparıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1276
avatar

Oxşar yazılar