Latın Amerikası və Karib hövzəsi dövlətləri Birliyi liderlərinin Çilidə keçirilən görüşündə Vensuela prezidentinin müavini Nikolas Maduro prezident Uqo Çavesin müraciətini oxuyub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Vensuela lideri hazırda Kubada müalicə olunur.
U.Çaves məktubunda bildirib ki, Kubanın beynəlxalq ictimaiyyətdən təcrid olunması ilə bağlı ABŞ-ın bütün cəhdləri keçmişdə olduğu kimi gələcəkdə də məğlubiyyət uğrayacaq.
O, Latın Amerikası dövlətlərini daha sıx əməkdaşlıq etməyə çağırıb.