Ukraynaya idxal olunan qaz 1,5 faiz bahalanıb
12 fevral 2014 03:04 (UTC +04:00)

Ukraynaya idxal olunan qaz 1,5 faiz bahalanıb

2014-cü ilin yanvarında Ukraynanın idxal etdiyi təbii qaz ötən ilin dekabrı ilə müqayisədə 1, 5 faiz bahalaşıb.

 

Lent.az-ın «RBK-Ukrayna»-ya istinadən məlumatına görə, ötən iln dekabrında qazın min kub metr qazı Ukrayna 392,31 dollar, noyabrında 395 dollar, oktyabrda 411,2 dollar, sentyabrda isə 407 dollar olub.

 

Bu ilin yanvarında isə min kub metr qaz Ukrayna üçün 398,14 dollar baş gəlib.

 

Mənbə xatırladıb ki, 2013-cü il dekabrın 17-də Rusiya ilə Ukrayna arasında imzalanmış müqavilədə 2014-cü il üçün qazın min kub metrinin qiyməti 268,5 dollar nəzərdə tutulub.

 

Ukraynanın energetika naziri Eduard Stavitski bildirib ki, endirim 2014-cü ilin birinci rübü üçün artıq təsdiqlənib. Onun sözlərinə görə, tərəflər anlaşmanın müddətini hər rüb uzatmalıdır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388
avatar

Oxşar yazılar