Ukraynanın müvəqqəti prezidenti məlum oldu
23 fevral 2014 16:32 (UTC +04:00)

Ukraynanın müvəqqəti prezidenti məlum oldu

Ukrayna Ali Radası fevralın 23-də ölkə prezidentinin səlahiyyətlərinin spiker Aleksandr Turçinova həvalə edilməsinə qərar verib.

 

APA-nın parlamentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu qərarın lehinə Ali Radanın iclasında iştirak edən 339 deputatdan 285-i səsə verib.


Parlamentin qərarına əsasən, Turçinov 2014-cü il mayın 25-də keçiriləcək prezident seçkilərində yeni dövlət başçısı məlum olanadək bu vəzifəni icra edəcək.

Buna qədər artıq baş nazir postu da A. Turçinova həvalə olunub. O, yeni hökumət formalaşanadək Nazirlər Kabinetinin işinin koordinasiyasını həyata keçirəcək.

A. Turçinov artıq yeni kabinetin fevralın 25-dən gec olmayaraq formalaşdırılması tələbi ilə çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3755
avatar

Oxşar yazılar