Ukraynanın iki  konsulu istefa verib
25 yanvar 2014 07:10 (UTC +04:00)

Ukraynanın iki  konsulu istefa verib

Ukraynanın iki fəxri konsulu istefa verib. Lent.az-ın «Kommentarii»-yə istinadən məlumatına görə, onlar Ukrayna hakimiyyətinin yürütdüyü siyasətə, Kiyevdə müxalifət təmsilçilərinin qətlinə etiraz olaraq, bu addamı atıb.

 

Lüksemburqdakı fəxri konsul Klod Rad bildirib: «Nişançılar Öz fikirlərini bildirmək istəyən nümayişçilərin ovuna çıxırsa, bu, diktaturadır. Ukrayna hakimiyyətinin əhaliyə qarşı represiv siyasətini mühakimə edirəm».

 

Polşanın Poznan şəhərindəki fəxri konsul Vitold Xorovsk də oxşa bəyanatla çıxış edib. O, «demokratik hüquqların kəskin məhdudlaşdırılması»nın ona başqa seçim qoymadığını bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769
avatar

Oxşar yazılar