Bu ilin əvvəlindən indiyə qədər Ukraynada 704 nəfər suda boğulub.
APA-nın "unian.net" saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Suda həyatını itirənlərin 70-i uşaqdır. Təkcə iyul ayında 189 ukraynalı suda boğulub.
Xilasedicilər bu ilin ötən dövrü ərzində 103-ü uşaq olmaqla, 561 nəfəri xilas ediblər.