Ukrayna Milli Bankı ölkədə xarici valyuta alışına məhdudiyyət qoyub.
APA-nın Ukrayna Milli Bankının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb bazara müdaxilələrə rəğmən, milli valyutaya təzyiqi zəiflətmək cəhdlərinin nəticəsiz qalmasıdır.
Konkret olaraq Ukrayna Milli Bankı xarici valyuta alan şirkətlər üçün alış əməliyyatları arasında 6 günlük fasilə rejimi tətbiq edib, habelə fiziki şəxslər üçün məhdudiyyət qoyub.