Ukraynada yaranmış böhranın tənzimlənməsi haqda razılaşmaya əsasən, ölkədə növbədənkənar prezident seçkisinin günü təyin edilib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, Ukrayna prezidentinin saytı bildirib ki, növbədənkənar prezident seçkisi 2014-cü ilin dekabrından gec keçirilməyəcək.
Mənbənin məlumatına əsasən, prezidentin, hökuməti və parlamentin səlahiyyətlərinin müəyyənləşdirilməsi ilə konstitusiya islahatı 2014-cü ilin sentyabrınadək başa çatdırılacaq. Prezident seçkiləri isə yeni Ana Yasa qəbul ediləndən sonra keçiriləcək.
2014-cü il martın 3-dək ölkədə koalision hökumətinin qurulması başa çatdırılmalıdır.