2013-cü ildən etibarən Ukrayna məcburi hərbi xidmətə çağırışı dayandıracaq.
Lent.az-ın «
«Bizi yeni ildə yeni irimiqyaslı vəzifələr gözləyir. Silahlı qüvvələrin quruluşuna və idarəetmə sisteminə, mütəxəssislərin hazırlanmasına yenidən baxılacaq. Habelə ordu istisnasız olaraq, müqavilə əsasında komplektləşdirilməklə yanaşı, məcburi hərbi xidmətə çağırış da dayandırılacaq. Bu çağdaş dünyanın aparıcı dövlətlərində görülmüş bir işdir» - deyə, nazir yeni il təbriki ilə bağlı çıxışında vurğulayıb.
Xatırladaq ki, Ukrayna silahlı qüvvələrinin sayı 184 min nəfərdir. Sayına görə Avropada 5-ci dir. Müdafiə Nazirliyinin islahatı nəticəsində onların sayının 70 minədək ixtisar ediləcəyi gözlənilir.