Ukraynada fevralın 20-si matəm günü elan olunub. APA-nın xəbərinə görə, prezident Viktor Yanukoviç bu barədə fərman imzalayıb.
Matəm günü bütün ölkədə dövlət bayraqları yarıya endiriləcək, əyləncəli tədbirlər və idman yarışları keçirilməyəcək.
Qeyd edək ki, fevralın 18-də və 19-na keçən gecə Kiyevdə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə nümayişçilər arasında baş verən toqquşmalarda azı 25 nəfər ölüb, çoxlu sayda adam yaralanıb.