Ukrayna Ali Radası “Dinc etiraz aksiyaları zamanı baş verən silahlı münaqişələrin iştirakçılarının şərəfləndirilməsi haqqında” qərar qəbul edib.
APA-nın “RBK Ukraina“ agentliyinə istinadən verdiyi məlumata görə, qərarda Ukraynanın növbəti prezidentinə ölkədə 2013-cü ilin noyabr ayından 2014-cü ilin fevral ayının sonlarına qədər keçirilən dinc aksiyalar zamanı baş verən silahlı münaqişələrdə həlak olan mülki şəxslərə “Ukrayna qəhrəmanı” (ölümündən sonra) adının verilməsi tapşırılır.
Qərarın lehinə 346 deputat səs verib. Qərar qəbul edildiyi andan qüvvəyə minir.