Ukraynada kütləvi etiraz aksiyaları zamanı 234 nəfər saxlanılıb, onlardan 140 nəfər həbs olunub.
APA-nın verdiyi xəbərə görə, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında bildirilir.
İstintaq orqanlarının məlumatına görə, Kiyevdəki hadisələr nəticəsində 4 nəfər ölüb, 500-dən çox adam xəsarət alıb. Xəsarət alanlardan 253 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşıdır.