Ukrayna prezidentinin xəstəxanaya düşməsi təkzib edilib
25 dekabr 2013 05:15 (UTC +04:00)

Ukrayna prezidentinin xəstəxanaya düşməsi təkzib edilib

Ukrayna prezidenti Viktor Yanukoviçin sağlığında problem olmadığı və vəzifəsini tam gücü ilə icra etdiyi bildirilib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu bəyanatı prezidentin mətbuat xidməti yayıb.

 

Mənbə bildirib ki, ölkə başçısı dekabrın 23-də baş nazir Nikolay Azarov, parlamentin sədri Vladimir Rıbakla 2014-cü ilin dövlət büdcə layihəsini müzakirə edib.

 

Mətbuat xidmətinin bəyanatına əsasən, dekabrın 24-də isə o, rayon icra hakimiyyətinin başçılar ilə görüşüb.

 

Xatırladaq ki, bir sıra KİV-də onun xəstəxanaya yerləşdirilməsi haqda xəbər yayılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478
avatar

Oxşar yazılar